AZ

Türkiyə ilə Qazaxıstan arasında 13 mühüm sənəd imzalandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Astana şəhərində keçirdiyi görüşdən sonra iki ölkə arasında müxtəlif sahələri əhatə edən razılaşmalar rəsmiləşdirilib.

Redaktor.az xəbər verir ki, görüş Qazaxıstanın paytaxtında yerləşən Müstəqillik Sarayında baş tutub. Liderlərin təkbətək görüşü və Türkiyə–Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasından sonra sənədlərin imzalanma mərasimi keçirilib.

İmzalanan əsas sənədlərdən biri “Türkiyə Respublikası ilə Qazaxıstan Respublikası arasında Əbədi dostluq və tərəfdaşlıq haqqında Bəyannamə” olub. Sənəd birbaşa olaraq iki ölkə liderləri tərəfindən imzalanıb.

Bununla yanaşı, tərəflər investisiyaların təşviqi və qorunması, mədəniyyət mərkəzlərinin fəaliyyəti, hüquqi yardım sahəsində əməkdaşlıq, təhsil və ortaq təqaüd proqramları ilə bağlı razılaşmalar əldə ediblər. Qazaxıstanda iki Türkiyə Maarif Vəqfi məktəbinin açılması ilə bağlı niyyət sənədi də imzalanıb.

Enerji və iqtisadi sahədə də mühüm sənədlər diqqət çəkir. Belə ki, Qazaxıstanın “KazMunayGas” şirkəti ilə Türkiyənin neft şirkəti arasında neft yataqları üzrə xidmət və birgə layihələrin inkişafı ilə bağlı razılaşmalar əldə olunub. Eyni zamanda Almatı Beynəlxalq Hava Limanına investisiya qoyuluşu, xəstəxana tikintisinin maliyyələşdirilməsi və maliyyə mərkəzləri arasında əməkdaşlıq məsələləri də sənədlərdə əksini tapıb.

Bundan başqa, media sahəsində əməkdaşlıq, pilotsuz uçuş aparatlarının istehsalı və texniki xidməti üzrə birgə müəssisənin yaradılması kimi istiqamətlərdə də razılaşmalar imzalanıb.

NURİYYƏ

Seçilən
3
redaktor.az

1Mənbələr