AZ

​Con Duran İstanbulda:

Bir neçə ay əvvəl "Fənərbaxça"dan Rusiyanın "Zenit" komandasına transfer olan ulduz futbolçu Con Duran yenidən İstanbula qayıdıb. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli KİV 22 yaşlı futbolçunun Türkiyəyə üz tutmasını transfer fəaliyyəti ilə əlaqələndirib. "Sözcü" qəzeti "Zenit"in hücumçusunun sarı-qırmızılı kluba keçidinin mümkünlüyünü iddia edib. Məşhur qəzet iyununun 30-da Rusiya klubu ilə müqaviləsi başa çatan Con Duranın növbəti mövsümdə "Qalatasaray"ın şərəfini qoruyacağını yazıb.

Qeyd edək ki, 2026-ci ilin əvvəllərində "Zenit"ə keçən perspektivli futbolçu Rusiya təmsilçisinin heyətində 9 oyuna çıxıb. Duran 2 qol vurub və 3 qolun ötürməsini verib.

Seçilən
30
11
metbuat.az

10Mənbələr