AZ

Tbilisi prospektində yenilik edildi

Paytaxtın bəzi küçə və prospektlərinin kəsişmələrində yeni və yenilənmiş işıqforlar istifadəyə verilib.

Bu barədə "Cebheinfo.az"-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində ilk dəfə quraşdırılan, həmçinin Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yenilənən işıqforlar artıq istifadəyə verilib.

Görülən işlər nəticəsində nəqliyyat vasitələrinin hərəkət növbəliliyi və piyadaların təhlükəsiz keçidi təmin olunub.

Qeyd edilib ki, layihə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilib.

Seçilən
14
7
cebheinfo.az

8Mənbələr