AZ

"Çin İran məsələsində ABŞ ilə ortaq mövqedədir" - Rubio

ABŞ dövlət katibi Marko Rubio Prezident Donald Trampla Çin lideri Si Cinpin arasında keçirilən danışıqlarda İran məsələsinin də müzakirə edildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Rubio bu barədə "NBC News"a müsahibəsində danışıb.

O bildirib ki, Vaşinqton İran məsələsində Pekindən yardım istəmir və buna ehtiyac duymur.

“Biz Çindən kömək istəmirik. Onların köməyinə ehtiyacımız yoxdur”, – deyə Rubio qeyd edib.

ABŞ dövlət katibinin sözlərinə görə, Çin tərəfi İranın nüvə silahına malik olmamalı olduğu məsələsində Vaşinqtonla eyni mövqeni bölüşür.

Rubio həmçinin vurğulayıb ki, Çin rəsmiləri Hörmüz boğazının hərbiləşdirilməsinin və ya burada ödəniş sisteminin tətbiqinin tərəfdarı olmadıqlarını ABŞ nümayəndələrinə bildiriblər.

O əlavə edib ki, bu məsələdə tərəflər arasında ən azı müəyyən razılığın olması müsbət haldır.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
36
1
redaktor.az

2Mənbələr