Kubanın paytaxtı Havanada yanacaq və enerji böhranına görə kütləvi etirazlar başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, etirazçılar yolları yandırılmış zibil qutuları ilə bağlayaraq nəqliyyatın hərəkətini iflic ediblər. Aksiyalar zamanı “İşıqları yandırın!” şüarı səsləndirilib.
Məlumata görə, ABŞ-ın neft və yanacaq tədarükünə tətbiq etdiyi məhdudiyyətlər səbəbindən ölkədə ciddi enerji çatışmazlığı yaranıb. Hazırda Havanada elektrik kəsintiləri sutkada 20-22 saata çatır.