525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Ali təhsil ixtisaslarının bir qismi distant formada tədris oluna bilər. Bu da öz növbəsində ali təhsil müəssisələrində maddi-texniki baza və ya yer tutumu baxımından müəyyən qədər çətinliklərin qarşısını ala bilər. Məsələn, universitetlərin 300-500 nəfərlik plan yeri var idisə və şagirdlər bu yerləri canlı formada doldururdularsa, distant təhsil formasının tətbiqi bu yer problemini ali təhsil müəssisələrində demək olar ki, aradan qaldıracaq”.
Təhsil eksperti Ramin Nurəliyev bunu 525.az-a bildirib. Ekspert deyib ki, bu gün bizim xarici ölkələrdə distant təhsil alanların demək olar ki, hamısının diplomu hazırda bizdə tanınmır. Tanınmamasının səbəbi isə distant təhsilin ölkəmizdə icra edilməməsidir. Əslində distant təhsil qanunvericilikdə mövcuddur. Amma onun icrası olmadığına görə xaricdə distant formada təhsil alanların diplomları tanınmır. Çünki bu sahədə ölkəmizdə ekvivalent yoxdur:
“Yəni xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı əsas şərtlərdən biri də həmin ixtisasın və ya tədris sahəsinin ölkəmizdə ekvivalentinin olmasıdır. Əgər ekvivalent yoxdursa, həmin diplom bizdə qətiyyən tanınmır. Distant təhsildə bizdə ekvivalent olmadığı üçün xaricdə əldə edilən distant təhsil diplomlarının tanınmasında gənclərimiz ciddi problemlərlə qarşılaşırlar”.
Sevinc Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.