AZ

“Olimpiakos” “4-lər finalı”na vəsiqə qazandı

Mayın 5-6-da pey-off seriyalarında üçüncü oyunlar keçirildi.

Xatırladaq ki, “Real”, “Fənərbaxça”, “Olimpiakos” və “Panatinaikos” ilk iki oyunda qələbə qazanmışdı. Məğlublardan üçü – “Hapoel”, “Jalgiris” və “Valensiya” 3-cü oyunda vəziyyəti dəyişə bildi. “Olimpiakos” isə “Monako”ya 3-cü oyunda da qalib gəlməklə “4-lər finalı”na vəsiqə qazandı.

Monako (Fransa) - Olimpiakos (Yunanıstan) 82:105 (17:26, 23:35, 24:21, 18:23)
Seriyada hesab – 0:3.

Hapoel T-Ə (İsrail) - Real (İspaniya) 76:69 (18:21, 16:15, 21:10, 21:23)
Seriyada hesab – 1:2.

Jalgiris (Litva) - Fənərbaxça (Türkiyə) 81:78 (12:25, 23:17, 22:20, 24:16)
Seriyada hesab – 1:2.

Panatinaikos (Yunanıstan) - Valensiya (İspaniya)87:91 (18:24, 21:28, 27:23, 21:16)
Seriyada hesab – 1:2.

Seçilən
69
1
football-plus.az

2Mənbələr