Paytaxtda təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları mayın 15-dən qüvvəyə minir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Şəhərsalma Forumu - WUF13-ün nəqliyyat təminatı çərçivəsində paytaxtın bir sıra küçə və prospektində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil edilib.
“Həmin yerlərdə bunu bildirən 5.9 – “ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” xüsusi yol nişanlarının quraşdırılmasına başlanılıb və mayın 15-dən bu yol nişanı ilə işarələnən müvəqqəti zolaqlar qüvvəyə minir.
Müvəqqəti xüsusi zolaqlar Heydər Əliyev prospekti - Aeroport şosesi, Abbasqulu ağa Bakıxanov, Yusif Səfərov, Mehdi Abbasov, Mikayıl Əliyev və Mikayıl Müşfiq küçələrini əhatə edir.