AZ

"Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı çox böyük əhəmiyyət kəsb edir - Mustafa Mehmandarov

"Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı çox böyük əhəmiyyət kəsb edir.

Bunu Trend-ə festival iştirakçısı, Mustafa Mehmandarov adına Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarov deyib.

"Şuşa mənim Mehmandarovlar nəslindən olan ulu babamın vətənidir. Mən Şuşada ilk dəfə 2023-cü ildə, restavrasiyadan sonra açılmış Mehmandarovlar kompleksinin evində çıxış etmişəm. Bu, "Xarıbülbül" festivalı çərçivəsində baş tutmuşdu. Həmin vaxt doğma kollektivimlə birlikdə çıxış edirdim. Bu, mənim üçün xüsusilə rəmzi məna daşıyırdı, çünki əcdadlarım məhz buradandır. Həmin konsertdə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri də iştirak edirdi. Məhz o zaman bu məkanla bağlı ən güclü emosiyaları ilk dəfə hiss etdim. Festivalın özündə də ilk dəfə deyil ki, iştirak edirəm - 2023-cü il mayın 10-da, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən konsertdə də iştirak etmişdim. Ümumiyyətlə, mən burada dəvətli qonaq kimi də olmuşam və festivalı izləmək imkanım olub. Deyə bilərəm ki, onun əhəmiyyəti çox böyükdür. Festival, ilk növbədə, şəhid olmuş əsgərlərimizin, əcdadlarımızın xatirəsinin əbədiləşdirilməsi, həmçinin mədəni irsin qorunması və inkişaf etdirilməsi məqsədilə keçirilir", - deyə o bildirib.

Mehmandarov vurğulayıb ki, Şuşa onun üçün müqəddəs torpaqdır.

"Burada olmaq, festivalda çıxış etmək mənim üçün böyük şərəfdir və mən xüsusi məsuliyyət hiss edirəm. Bütün iştirakçılara uğurlar arzulayıram. Burada hər kəs əlindən gələni edir və böyük məmnuniyyətlə bu festivalda iştirak edir", - deyə o əlavə edib.

Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinin Cıdır düzündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə IX "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
1
olaylar.az

2Mənbələr