AZ

Çin gəmiləri İranın idarəetmə protokolları ilə Hörmüz Boğazından keçib

BAKI,TurkicWorld Yusif Şərifzadə

İranın dövlət televiziyası IRIB-in məlumatına görə, çərşənbə axşamı axşam saatlarından etibarən, İranın icazəsi ilə təxminən 30 gəmi Hörmüz boğazından keçib.

TurkicWorld xəbər verir ki, bu açıqlama İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinə istinadən verilib.

Məlumatda bildirilib ki, Çin gəmiləri İranın "idarəetmə protokolları" çərçivəsində Hörmüz boğazından keçməyə başlayıb. Bu xəbər, İran mediasının Tehranın mühüm su yolu vasitəsilə Çin gəmilərinin keçidini asanlaşdırmağa başladığını bildirməsindən qısa müddət sonra yayımlanıb.

Seçilən
37
turkic.world

1Mənbələr