AZ

Mask Pekində Si Cinpinlə danışıqları qiymətləndirdi


ABŞ Prezidenti Donald Trampla birlikdə Çinə gedən amerikalı iş adamı İlon Mask, Çin lideri Si Cinpinlə danışıqlarını “möhtəşəm” adlandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
“Bu, möhtəşəm idi”, - iş adamı Çin prezidenti ilə görüşü ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Tramp və Si Cinpin arasında danışıqlar mayın 14-də Pekində başlayıb. Ağ Evin hazırkı rəhbəri Çinə üç günlük səfərlə gedib. Və bu doqquz ildən sonra ilk səfər olub. 
Si Cinpin və Trampın danışıqları zamanı müzakirə etdikləri məsələlərdən biri Vaşinqton və Pekin arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi olub. Digər məsələlərlə yanaşı, iki lider Amerika biznesinin Çin bazarına çıxışının genişləndirilməsi və ABŞ iqtisadiyyatına Çin investisiyalarının artırılması barədə fikir mübadiləsi aparıblar.
Seçilən
21
47
yeniavaz.com

10Mənbələr