AZ

İsveçrə təmsilçisi a danışdı Mahnım qadın zorakılığından bəhs edir

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsveçrənin builki təmsilçisi Veronika Fusaro Vyanada keçirilən yarışma ərəfəsində maraqlı açıqlamalar verib. Müğənni ikinci yarımfinal öncəsi jurnalistlərlə görüşərək hazırlıq prosesi və səhnə şousunun gizli məqamlarını bölüşüb.İfaçı Demokrat.az-a bildirib ki, ilk məşqlər zamanı müəyyən məyusluq yaşasa da, sonradan komandası ilə birlikdə istədiyi vizual effektə nail olub. Onun sözlərinə görə, səhnədəki hər bir detal, xüsusilə rəqqasların hərəkətləri və istifadə olunan rekvizitlər mahnının əsas ideyasını çatdırmağa xidmət edir.Müğənni ifa edəcəyi "Alis" kompozisiyasının çox həssas bir mövzuya, qadın zorakılığına həsr olunduğunu vurğulayıb. O qeyd edib ki, zorakılıq hər zaman fiziki və ya səs-küylü şəkildə baş vermir. Bəzən bu, hiss edilməyən, incə bir xətlə başlayır və getdikcə daha qəliz, dözülməz hala çevrilir.Veronika Fusaro səhnədəki böyük rekvizitin rəmzi mənasını da izah edib. Bu detal qadınların düşdüyü çıxılmaz vəziyyəti və problem torlarını simvolizə edir. İfaçı musiqinin gücü ilə həmin düyündən necə xilas olmağın mümkünlüyünü tamaşaçılara göstərmək istədiyini deyib. Sənətçi qeyd edib ki, zorakılıq insanı özünə bağlayan mürəkkəb bir anlayışdır və oradan çıxış yolu tapmaq böyük iradə tələb edir.Tural Abdulla,

Vyanadan xüsusi olaraq Demokrat.az üçün

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
demokrat.az

1Mənbələr