AZ

Qonşu ölkədə gözlənilməz dəyişiklik – hər 6 nəfərdən biri...

Rusiyada aparılan yeni ictimai rəy sorğusu ölkədə dini mənsubiyyətlə bağlı diqqətçəkən dəyişiklikləri ortaya çıxarıb.

Musavat.com xəbər verir ki, sorğunun nəticələrinə görə, respondentlərin 65 faizi özünü pravoslav hesab etdiyini bildirib. Bununla yanaşı, iştirakçıların 16 faizi heç bir dini inanca aid olmadığını qeyd edib.

Araşdırmada özünü qəti şəkildə ateist adlandıranların payı 6 faiz təşkil edib. Digər dini inanclara mənsub olduğunu deyənlərin ümumi payı isə 12 faiz olub. Həmin qrupun böyük hissəsini müsəlmanlar təşkil edir.

Məlumata görə, son 15 ildə Rusiyada pravoslavların payında ciddi azalma qeydə alınıb. Belə ki, 2011-ci ildə keçirilən oxşar sorğuda iştirakçıların 78 faizi özünü pravoslav adlandırırdı. Həmin dövrdə ateistlərin payı 2 faiz, heç bir dini inanca aid olmadığını deyənlərin göstəricisi isə 11 faiz idi.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr