AZ

Sürücü yolu keçən piyadaların üzərinə sürüb təhlükə yaratdı 90 OC 400 VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 15-də, paytaxtın Şah İsmayıl Xətai prospektilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 90-OC-400 qeydiyyat nişanlı "Changan" markalı avtomobilin sürücüsü sağa dönən zaman qaydaları kobud şəkildə pozub. O, yolu keçməyə çalışan piyadalara yol vermədən hərəkətinə davam edib. Həmin vaxt piyadalar təhlükəli vəziyyətlə üzləşiblər. Sürücünün hərəkətini görən piyadalar dayanaraq ona yol verməyə məcbur olublar.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
avtosfer.az

1Mənbələr