AZ

3 cü dəfə “Oskar”ın aparacısı olacaq

ain.az, Axsham.az saytına istinadən bildirir.

Məşhur amerikalı komik, ssenarist və teleaparıcı Konan O’Brayen 99-cu “Oskar” mükafatlandırma mərasiminin üçüncü dəfə aparıcısı olacaq.

Axşam.az xəbər verir ki, tədbir 2027-ci il martın 14-də keçiriləcək.

O’Brayen “Late Night with Conan O’Brien” (1993–2009), “The Tonight Show” (2009–2010) və “Conan” (2010–2021) kimi axşam tok-şouları ilə tanınır. 2025-ci ildə o, amerikan yumoru sahəsində prestijli Mark Tven mükafatına layiq görülüb.

Qeyd edək ki, 98-ci “Oskar” mərasimi 2026-cı il martın 15-dən 16-na keçən gecə Los-Ancelesdə baş tutub.

Amerika Kino Akademiyası bu yaxınlarda bildirib ki, 2029-cu ildən etibarən “Oskar” mərasimi yeni məkanda keçiriləcək. Mərasim Hollivuddakı “Dolby” teatrından Los-Ancelesin mərkəzindəki "L.A. Live" kompleksinə köçürüləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
2
axsam.az

3Mənbələr