Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
uBir vətəndaş öz “Facebook” sosial hesabında yazır: “Keçən həftə qızımın müəllimi yazdı ki, uşaqları polis əməkdaşları ilə birlikdə “velosiped təhlükəsizliyi” imtahanına aparacaqlar. Uşaqlara yolda davranış, təhlükəsizlElçin Əfəndi: “Təhsil müəssisələrində praktik biliklərin öyrədilməsi vacibdir”ik və məsuliyyət öyrədilir. Bundan əvvəl isə üzgüçülük dərslərinə gedirdilər.
Düşündüm ki, bizim məktəblərdə belə praktik həyat bacarıqları demək olar yoxdur. Uşaqlar illərlə əzbər oxuyur, amma gündəlik həyat üçün vacib biliklər çox vaxt məktəbdən kənarda qalır.
İnsan istər-istəməz sual verir: Avropada sistemlərin necə işlədiyini görənlər niyə öz ölkəsində uşaqlar üçün daha təhlükəsiz və müasir gələcək qurmaq istəmir?”
Niyə Azərbaycan məktəblərində uşaqlara yol təhlükəsizliyi, ilk yardım, üzgüçülük kimi praktik həyat bacarıqları sistemli şəkildə öyrədilmir?
Bu barədə Bizimyol.info xəbər portalına təhsil eksperti Elçin Əfəndi bildirib ki, son dövrlərdə bu sahədə daha çox Daxili İşlər Nazirliyinin fəaliyyətini müşahidə etmişəm: “Bizim təhsil müəssisələrində, xüsusilə də paytaxt məktəblərində qeyd olunan istiqamətlər üzrə şagirdlərdə müəyyən bilik və bacarıqların formalaşdırılması məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən maarifləndirici görüşlər keçirilir. Xüsusilə son dövrlərdə bu sahədə daha çox Daxili İşlər Nazirliyinin fəaliyyətini müşahidə etmişəm.
Onlar yol hərəkəti qaydaları, ilkin tibbi yardım, narkotik vasitələrin istifadəsinin qarşısının alınması ilə bağlı və digər mövzularda tədbirlər həyata keçirirlər, profilaktik söhbətlər aparırlar”.
Elçin Əfəndi həmçinin vurğulayıb: “Qaldı ki, üzgüçülük və ümumiyyətlə təhlükəsizliklə bağlı təlimlərə, bunların təhsil müəssisələrində öyrədilməsi və şagirdlərə aşılanması olduqca vacibdir. Biz ibtidai təhsil pilləsində “Həyat bilgisi” fənni vasitəsilə bu mövzularla bağlı müəyyən məlumatlar əldə edirik. Lakin ümumi təlimlərin və praktiki məşğələlərin keçirilməsini, təəssüf ki, geniş şəkildə müşahidə etmirik.
Yenə də paytaxtdakı bəzi təhsil müəssisələrində hardasa bunu edirlər. Amma bölgələrə, xüsusilə ucqar kəndlərə və şəhər mərkəzindən uzaqda yerləşən məktəblərə getdikcə, bu cür imkanların demək olar ki, olmadığını görürük. Halbuki ilkin tibbi yardım bilikləri, mülki müdafiə qaydaları, yol təhlükəsizliyi, üzgüçülük bacarıqları və fövqəladə hallarda davranış qaydalarının uşaqlara öyrədilməsi çox vacibdir. Hətta kütləvi qırğın silahlarından istifadə zamanı hansı təhlükəsizlik tədbirlərinin görülməli olduğu barədə də maarifləndirmə aparılması vacibdir”.
Elçin Əfəndi əlavə edib: “Bunlarla bağlı düşünürəm ki, təhsil müəssisələrində praktik biliklərin öyrədilməsi vacibdir. Təkcə nəzəri yox, şifahi şəkildə keçməklə kifayətlənmək olmaz, yerindəcə praktik şəkildə izah olunması və tətbiqi şagirdlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Yəqin ki, Elm və Təhsil Nazirliyi, o cümlədən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi də bu məsələdə maraqlı ola bilər. Bu istiqamətdə müxtəlif qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edilə, yaxud qrant layihələri qazanan müəllimlərin vasitəsi ilə bəzi təhsil müəssisələrində həyata keçirə bilərlər”.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.