AZ

Rusiya neftinin qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə çatıb

Urals markalı neftin bahalaşması Kremlə büdcə ehtiyatlarını yenidən artırmağa imkan verir...

Rusiyanın əsas ixrac nefti sayılan Urals markasının qiyməti may ayında 2023-cü ilin oktyabrından bəri ən yüksək həddə yüksəlib.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Məlumata görə, Rusiya Maliyyə Nazirliyi vergi hesablamaları üçün bir barel neftin qiymətini 94,87 dollar səviyyəsində götürüb. Bu göstərici ötən ayla müqayisədə 18 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə təxminən 60 faiz yüksəkdir.

Nəşr qeyd edir ki, neft gəlirlərinin artması Kremlə ehtiyat fondunun yenidən doldurulmasına başlamağa və büdcə xərclərinin azaldılması planlarından imtina etməyə imkan verib. Analitiklərin fikrincə, enerji bazarındakı əlverişli vəziyyət hazırda Rusiya iqtisadiyyatı və dövlət büdcəsi üçün mühüm maliyyə dəstəyi rolunu oynayır.

Bununla yanaşı, məqalədə vurğulanıb ki, neft gəlirlərindəki artım daha böyük ola bilərdi. Belə ki, rublun möhkəmlənməsi ixrac gəlirlərinin bir hissəsinin təsirini zəiflədib. Rusiya valyutası bu ay dollar qarşısında 2023-cü ilin fevralından bəri ən yüksək səviyyəyə çatıb.

Ekspertlər rublun möhkəmlənməsini yüksək faiz dərəcələri, idxalın azalması və ixracatçıların xarici valyuta satışını artırması ilə əlaqələndirirlər. Bundan əlavə, qlobal xammal bazarlarında qiymətlərin yüksəlməsi də Rusiya valyutasına əlavə dəstək verib.

Bloomberg yazır ki, milli valyutanın güclənməsinə baxmayaraq, hazırkı enerji bazarı konyunkturası Rusiya büdcəsi üçün son dərəcə əlverişli olaraq qalır və Moskvanın maliyyə imkanlarını genişləndirir.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr