AZ

Taxtdan imtina edən kraliça xəstəxanaya yerləşdirildi

Danimarkada taxtdan imtina etmiş kraliça II Marqrete xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" kral sarayına stinadla məlumat yayıb.

Bildirilib ki, əlahəzrət kraliça Marqrete bu gün günorta saatlarında stenokardiya səbəbindən Milli Kral Xəstəxanasına çatdırılıb.

Qeyd olunur ki, 86 yaşlı kraliça yorğun olsa da, əhval-ruhiyyəsi yaxşıdır. Kral sarayından dəqiqləşdiriblər ki, II Marqrete müşahidə və müayinə məqsədilə istirahət günləri ərzində xəstəxanada qalacaq.

2024-cü il yanvarın 14-də Frederik X Danimarkanın yeni kralı olub. II Marqrete sənədi imzalayaraq taxtdan özü imtina edib. O, 52 il hakimiyyətdə olub ki, bu müddət krallıq tarixində bütün sələfləri arasında ən uzun hakimiyyət dövrüdür. Taxtdan imtina etdikdən sonra Marqrete əlahəzrət titulunu saxlayıb və kralın ikinci dərəcəli müavini – reqent vəzifəsini tutub.

Seçilən
2
publika.az

1Mənbələr