Modern.az saytına istinadən ain.az xəbər verir.
Mədəniyyət sahəsində çalışan bəzi şəxslərin tutduqları vəzifəyə uyğun olmadığı aşkarlanır.
Modern.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Real TV”yə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, akkreditasiya və biliklərin qiymətləndirilməsi prosesində bu kimi hallarla qarşılaşırlar:
“Ən həssas məqam odur ki, sistemdə işləyən insanlar vəzifəsinə uyğun gəlməsin. Təəssüf ki, belə hallarla rastlaşırıq”.
Onun sözlərinə görə, peşəkar olmayan şəxslər həm sahəyə, həm də cəmiyyətə zərər verir:
“Belə insanlar həm özləri üçün faydasızdır, həm sahə üçün faydasızdır, həm də cəmiyyət üçün kifayət qədər zərərlidir”.
Adil Kərimli vurğulayıb ki, buna baxmayaraq, mədəniyyət sahəsində çalışanların böyük əksəriyyəti peşəkar və sənətə bağlı insanlardır:
“Bizim üçün əsas göstərici insanın sənətə bağlılığı və peşəkarlığıdır”.
Nazir əlavə edib ki, mədəniyyət sahəsində çalışmaq xüsusi yanaşma və fədakarlıq tələb edir:
“Bu sahə ürək tələb edir. Bura ürək qoymalısan”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.