AZ

​Bu balıqları əsla yeməyin

Dəniz məhsulları sağlam qidalanmanın vacib hissəsi hesab olunsa da, bəzi balıq növləri insan sağlamlığı üçün risk yaradır. Mütəxəssislər xüsusilə tərkibində yüksək miqdarda civə, ağır metallar və digər zərərli maddələr toplaya bilən balıqların tez-tez istehlakından çəkinməyi tövsiyə edirlər. Metbuat.az xəbər verir ki, aparılan tədqiqatlar nəticəsində məlum olub ki, bəzi iri yırtıcı balıqlar qida zəncirində yuxarıda yerləşdikləri üçün daha çox toksik maddə yığır. Məlumata görə, xüsusilə uzunömürlü və böyük ölçülü balıq növləri riskli hesab edilir. Bu siyahıda əsasən qılınc balığı, köpəkbalığı, kral skumbriyası və bəzi tuna növləri yer alır. Həmin balıqların tərkibində civənin yüksək səviyyədə olması sinir sistemi, ürək-damar sağlamlığı və inkişaf prosesinə mənfi təsir göstərə bilər. Ekspertlər hamilə qadınların, uşaqların və xroniki xəstəlikləri olan şəxslərin belə məhsulları daha diqqətlə seçməli olduğunu bildirirlər. Daha təhlükəsiz alternativ kimi somon, sardina və kiçik ölçülü balıqlar tövsiyə olunur. Bu növlərdə zərərli maddələrin yığılma ehtimalı nisbətən aşağıdır.

Mütəxəssislər balıq seçərkən yalnız dad və görünüşə deyil, həm də mənşə və təhlükəsizlik göstəricilərinə diqqət yetirməyin vacib olduğunu vurğulayırlar. Çünki sağlam qidalanmaq üçün seçilən məhsul bəzi hallarda gözlənilmədən risk mənbəyinə çevrilir.

Seçilən
17
metbuat.az

1Mənbələr