AZ

​Gündə 10 min addım həqiqətən vacibdir?

Uzun illərdir “gündə 10 min addım atmaq lazımdır” fikri sağlam həyat tərzinin əsas qaydalarından biri kimi təqdim olunur. Bir çox insan telefon və ağıllı saatlarla addımlarını sayır, günün sonunda bu rəqəmə çatmağa çalışır. Metbuat.az xəbər verir ki, araşdırmalara görə, sağlam qalmaq üçün mütləq 10 min addım atmaq şərt deyil. Mütəxəssislərin fikrincə, 10 min addım anlayışı əvvəlcə tibbi normadan çox, marketinq məqsədilə yaranıb. Sonradan bu göstərici geniş yayılsa da, alimlər hesab edir ki, hər insanın yaşına, sağlamlıq vəziyyətinə və həyat tərzinə görə ehtiyacı fərqli ola bilər.Həkim Cavid Vaqifoğlu deyib ki, gündə təxminən 6-8 min addım belə ürək-damar sağlamlığına müsbət təsir göstərir, hərəkətsiz həyat tərzinin yaratdığı riskləri azaldır: “Xüsusilə oturaq iş rejimində çalışan insanlar üçün müntəzəm hərəkət böyük əhəmiyyət daşıyır. Təkcə addımların sayı deyil, onların keyfiyyəti də vacibdir. Məsələn, yüngül tempdə 10 min addım yeriməklə daha sürətli və aktiv gəzinti arasında ciddi fərq ola bilər. Sürətli gəzinti ürək fəaliyyətini və maddələr mübadiləsini daha çox stimullaşdırır”.

Həkim deyib ki, addımları saymaq o qədər də vacib deyil. Əsas hər gün hərəkətdə olmaqdır: “Əgər 10 min addıma çatırsınızsa, bu yaxşıdır. Amma bu rəqəmə çatmamaq sağlamlığınız üçün avtomatik problem demək deyil. Əsas məsələ bədəni hərəkətsiz qoymamaqdır”.

Seçilən
31
metbuat.az

1Mənbələr