AZ

Qalatasaray a 65 milyonluq dünya ulduzu gəlir

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Çempionlar Liqasında uğurlu çıxış edəcək güclü bir heyət qurmağı planlaşdıran "Qalatasaray", transfer bazarını sarsıdacaq bir addım atmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, "Fotomaç"ın yaydığı məlumata görə, "aslanlar" "Tottenhem"in dünyaca məşhur 10 nömrəsi Xavi Simons ilə yaxından maraqlanır.

Niderlandlı gənc ulduzun bazar dəyəri 65 milyon avro olaraq qiymətləndirilir. Hücum xəttini elit səviyyəli oyunçu ilə gücləndirmək istəyən "sarı-qırmızılı" klubun bu transfer üçün ciddi cəhdlər etdiyi bildirilir.

Simonsun yaradıcı oyunu və sürəti ilə "Qalatasaray"ın Avropa arenalarındakı iddasını artıracağı gözlənilir.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
fanat.az

2Mənbələr