AZ

Aksarayda mikroavtobus və yük avtomobili toqquşub, yaralılar var

Türkiyənin Aksaray şəhərində mikroavtobusun yük avtomobili ilə toqquşması nəticəsində 3-ü ağır olmaqla 12 nəfər yaralanıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Aksaray-Konya avtomobil yolunun 35-ci kilometrliyində baş verib.

Qeyd olunub ki, hadisə yerinə polis, jandarma, səhiyyə və yanğınsöndürmə qrupları cəlb edilib:

"İlkin tibbi yardım göstərilən 12 yaralıdan 3-nün vəziyyətinin ağır olduğu bildirilir", - məlumatda vurğulanıb.

Seçilən
61
3
far.az

4Mənbələr