AZ

Almaniya “Tomahawk” raketlərini Ukraynanın “Flamingo” sistemi ilə əvəz edəcək

Berlinin Ukrayna müdafiə sənayesi ilə əməkdaşlığı və uzaqmənzilli silah layihələrinə marağı genişlənir...

Poliqon xəbər verir ki, bu barədə Financial Times (FT) nəşrinə Ukraynanın Fire Point şirkətinin həmtəsisçisi Denis Ştilerman məlumat verib. Onun sözlərinə görə, Almaniya hökuməti ABŞ istehsalı olan “Tomahawk” tipli raketlərin alternativi kimi Ukraynanın “Flamingo” sisteminə maraq göstərir.

Ştilerman bildirib ki, Almaniya artıq Fire Point tərəfindən istehsal olunan FP-1 və FP-2 pilotsuz uçuş aparatlarını satın alır və şirkətin uzaqmənzilli raket texnologiyalarına xüsusi diqqət yetirir. Onun sözlərinə görə, bu əməkdaşlıq Avropanın müdafiə sənayesində Ukrayna texnologiyalarının rolunu artırır.

Məlumatda qeyd olunur ki, şirkət eyni zamanda FP-7 tipli raket-kəsici sistemi əsasında “Freya” adlı ümumavropa raketdən müdafiə qalxanı üzərində də işləyir. Layihənin məqsədi Avropa ölkələri üçün inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin yaradılmasıdır.

Ekspertlərin qiymətləndirməsinə görə, Almaniyanın Ukrayna müdafiə texnologiyalarına marağı həm NATO çərçivəsində təhlükəsizlik strategiyasının yenilənməsi, həm də Avropanın ABŞ silah sistemlərindən asılılığının azaldılması istiqamətində atılan addım kimi dəyərləndirilir.

Poliqon.info

Seçilən
77
poliqon.info

1Mənbələr