AZ

Avropadan Türkiyəyə son dərəcə önəmli və tarixi çağırış

Belçikanın müdafiə naziri Teo Franken Türkiyənin Avropa üçün strateji əhəmiyyət daşıdığını bildirib.

Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, dünya hazırda çox çətin, qeyri-sabit və mürəkkəb dövrdən keçir. O qeyd edib ki, belə bir şəraitdə Türkiyənin Avropaya yaxınlaşdırılması və Ankaranın Avropa daxilində daha fəal şəkildə yer alması son dərəcə vacibdir.

Teo Franken bildirib ki, Türkiyəni öz tərəflərinə çəkmək və Avropa ilə daha sıx əməkdaşlığa cəlb etmək böyük əhəmiyyət daşıyır. O, Ankaranın təhlükəsizlik və regional məsələlərdə mühüm rol oynadığını vurğulayıb.

 

Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr