ABŞ Federal Təhqiqatlar Bürosu İrana sığınan keçmiş kəşfiyyat əməkdaşı Monika Vittin tapılması üçün 200 min dollar mükafat təyin edib.
Musavat.com xəbər verir ki, söhbət 2013-cü ildə İrana qaçan və ABŞ tərəfindən casusluqda ittiham olunan keçmiş hərbi kəşfiyyat mütəxəssisindən gedir.
Monika Vitt ABŞ-nin milli müdafiə məlumatlarını İrana ötürməkdə ittiham olunur. O, həmçinin keçmiş həmkarlarını hədəf alan kiberəməliyyatlarda İran kəşfiyyatına yardım etməkdə günahlandırılır.
Vitt ABŞ Hərbi Hava Qüvvələrində əks-kəşfiyyat zabiti kimi çalışıb və məxfi məlumatlara çıxışı olub. Məlumata görə, o, İranda keçirilən konfranslarda iştirak etdikdən sonra bu ölkəyə sığınıb.
Keçmiş kəşfiyyatçı 1997–2008-ci illərdə ABŞ ordusunda xidmət edib. Daha sonra 2010-cu ilə qədər ABŞ hökumətinin agenti kimi fəaliyyət göstərib.
Musavat.com
