BAKI, 15 may. TELEQRAF
Ukrayna Prezidenti Volodymyr Zelenskyy administrasiyasının keçmiş rəhbəri Andrey Yermak üçün müəyyən edilən girov məbləği tam ödənilmədiyi üçün o, gecəni istintaq təcridxanasında keçirəcək.
Teleqraf xəbər verir ki, məhkəmə Yermak barəsində 60 günlük həbs qətimkan tədbiri seçib və alternativ olaraq 140 milyon qrivna (təxminən 3,1 milyon dollar) girov müəyyənləşdirib.
Məlumata görə, tələb olunan məbləğin yalnız 329 min dolları toplanıb.
Ukraynalı jurnalist Mixail Tkaç bildirib ki, Zelenski administrasiyası bu məsələnin həlli üçün bütün inzibati resursları işə salsa da, çoxları prosesə qoşulmaq istəmir.
Ali Radanın deputatı Yaroslav Jeleznyak isə Yermakın “toksik fiqur”a çevrildiyini və bu səbəbdən girov toplanmasının dayandığını qeyd edib.
Yermakın vəkili İqor Fomin müvəkkili üçün ödənişli kamera ayırdığını açıqlayıb. O, girov üçün vəsait toplanmasının davam etdiyini də bildirib.
Qeyd edək ki, mayın 11-də Andrey Yermaka Kiyev yaxınlığında elit kottec şəhərciyinin tikintisi zamanı 460 milyon qrivnanın yuyulması işi üzrə ittiham irəli sürülüb. Ukrayna mediasının iddiasına görə, həmin iqamətgahların Yermak, keçmiş baş nazirin müavini Aleksey Çernışov, iş adamı Timur Mindiç və Volodimir Zelenski üçün nəzərdə tutulduğu bildirilir.