AZ

ABŞ və Ermənistan arasında diqqət çəkən hərbi hazırlıq

ABŞ-nin Ermənistandakı səfirliyi Kanzas Milli Qvardiyasının nümayəndələrinin erməni sülhməramlıları ilə birlikdə ikitərəfli tədbirdə iştirak etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, tədbir əməliyyat planlaşdırılması, liderlik bacarıqlarının inkişafı və sülhməramlı əməliyyatlara hazırlıq istiqamətində keçirilib.

Məlumata görə, proqram Ermənistan Sülhməramlı Briqadasının 2-ci batalyonunun potensialının artırılmasına və beynəlxalq sülhməramlı əməliyyatlara hazırlığın gücləndirilməsinə yönəlib.

Kanzas Milli Qvardiyasının hərbçiləri tədbir çərçivəsində sülhməramlı əməliyyatlarda istifadə olunan müasir hərbi planlaşdırma metodları, komanda səviyyələri arasında koordinasiya və tibbi yardımın planlaşdırılması ilə bağlı təqdimatlar ediblər.

 

Musavat.com

Seçilən
12
3
musavat.com

4Mənbələr