BAKI, 15 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana qarşı hərbi əməliyyatları davam etdirəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Hazırda Pekində dövlət səfərində olan ABŞ lideri Çin sədri Si Cinpinlə keçirdiyi danışıqlardan bəhs edərək bildirib ki, Çin rəhbəri onu prezidentliyinin ikinci dövründə əldə etdiyi uğurlar münasibətilə təbrik edib.
Donald Tramp administrasiyasının nailiyyətləri sırasında Venesuela üzərində hərbi qələbə, həmin ölkə ilə münasibətlərin yaxşılaşması və İranın hərbi sahədə məhv edilməsini göstərib.
“Bu proses davam edəcək”, - Tramp vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti mayın 13-də Çinə səfər edib. Səfər çərçivəsində Si Cinpinlə keçirilən danışıqlarda ticarət-iqtisadi münasibətlərlə yanaşı, beynəlxalq gündəmin əsas məsələləri də müzakirə olunur.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də Donald Tramp iki həftəlik qarşılıqlı atəşkəs elan olunduğunu açıqlasa da, tərəflər arasında uzunmüddətli razılaşma əldə edilməyib.