İş həyatında uğur qazanmaq təkcə bilikdən deyil, həm də xarakterdən asılıdır. Bəs ulduzlar rəhbərlik üslubumuz haqqında nə deyir?
Pravda.az bürclərin "müdir" portretini təqdim edir:
Qoç (21 Mart - 20 Aprel)
Qoç rəhbərləri enerjili və qətiyyətlidirlər. Onlar işlərin sürətlə görülməsini sevirlər.
Müsbət tərəfi: Motivasiya etməyi bacarır və riskdən qorxmurlar.
Mənfi tərəfi: Səbirsiz ola bilərlər, onlarla ayaqlaşmaq üçün çevik olmalısınız.
Buğa (21 Aprel - 20 May)
Sabitlik və nizam tərəfdarıdırlar. Tələsik qərarlar verməzlər, hər şeyi planlı şəkildə həyata keçirirlər.
Müsbət tərəfi: Etibarlı və səbirlidirlər. Maddi məsələlərdə çox diqqətlidirlər.
Mənfi tərəfi: Dəyişikliklərə qarşı dirəniş göstərə bilərlər.
Əkizlər (21 May - 21 İyun)
Ünsiyyət ustasıdırlar. Onların rəhbərlik etdiyi ofisdə heç vaxt darıxmazsınız.
Müsbət tərəfi: Çoxşaxəli düşünürlər, yeni ideyalara açıqdırlar.
Mənfi tərəfi: Fikirləri tez-tez dəyişə bilər, bu da işçilərdə çaşqınlıq yaradır.
Xərçəng (22 İyun - 22 İyul)
Onlar üçün ofis bir ailə kimidir. İşçilərinin emosional vəziyyətinə və rifahına önəm verirlər.
Müsbət tərəfi: Qoruyucu və anlayışlıdırlar. İntuisiyaları çox güclüdür.
Mənfi tərəfi: Bəzən həddindən artıq həssas ola bilərlər.
Şir (23 İyul - 23 Avqust)
Anadangəlmə liderdirlər. Diqqət mərkəzində olmağı və idarə etməyi sevirlər.
Müsbət tərəfi: Səxavətlidirlər və komandanı böyük hədəflərə doğru aparırlar.
Mənfi tərəfi: Tənqidə qarşı dözümsüz ola bilərlər.
Qız (24 Avqust - 23 Sentyabr)
Mükəmməllik tərəfdarıdırlar. Heç bir detal onların diqqətindən qaçmaz.
Müsbət tərəfi: İşin ən yüksək keyfiyyətdə görülməsini təmin edirlər.
Mənfi tərəfi: Həddindən artıq tənqidçi olmaları işçiləri yora bilər.
Tərəzi (24 Sentyabr - 23 Oktyabr)
Ədalət onlar üçün hər şeydir. Ofisdə harmoniya və sülh yaratmağa çalışırlar.
Müsbət tərəfi: Obyektivdirlər və diplomatik yollarla problemləri həll edirlər.
Mənfi tərəfi: Qərar verməkdə çətinlik çəkə bilərlər.
Əqrəb (24 Oktyabr - 22 Noyabr)
Sirlərlə dolu və strateji düşünən rəhbərlərdir. Onların gözündən heç nəyi gizlətmək olmaz.
Müsbət tərəfi: İşinə çox sadiqdirlər, çətin anlarda komandanı ayaqda saxlayırlar.
Mənfi tərəfi: Hər şeyə nəzarət etmək (kontrol) istəkləri təzyiq yarada bilər.
Oxatan (23 Noyabr - 21 Dekabr)
Vizyon sahibi və macərapərəstdir. Onlar üçün iş həm də bir öyrənmə prosesidir.
Müsbət tərəfi: Optimistdirlər və işçilərinə sərbəstlik verirlər.
Mənfi tərəfi: Detallara fikir vermədikləri üçün bəzən nizamsızlıq yarana bilər.
Oğlaq (22 Dekabr - 20 Yanvar)
Zodiakın ən işgüzar rəhbəridr. Qaydalar və iyerarxiya onlar üçün müqəddəsdir.
Müsbət tərəfi: Çox intizamlıdırlar və böyük uğurlara imza atırlar.
Mənfi tərəfi: İşkolikdirlər və bəzən soyuq görünə bilərlər.
Dolça (21 Yanvar - 18 Fevral)
Yenilikçi və demokratik rəhbərlərdir. Klassik müdir obrazından uzaqdırlar.
Müsbət tərəfi: Yaradıcı ideyaları dəstəkləyirlər və hər kəsin fikrinə hörmət edirlər.
Mənfi tərəfi: Bəzən çox məsafəli və proqnozlaşdırılamaz ola bilərlər.
Balıqlar (19 Fevral - 20 Mart)
Empatiya qabiliyyəti ən yüksək olan rəhbərlərdir. Onlar işçilərinin ruh halını sözsüz anlayırlar.
Müsbət tərəfi: Yaradıcı və fədakardırlar.
Mənfi tərəfi: Sərt qərarlar verməli olduqlarında çətinlik çəkirlər.
Əminə Bayramova