AZ

Fransa U21 yığmasının kapitanı DÇ 2026 da başqa millidə oynayacaq

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Lill”in 18 yaşlı yarımmüdafiəçisi və Fransa U21 komandasının kapitanı Əyyub Buhaddi, Fransa millisinin 2026-cı il dünya çempionatı heyətinə düşə bilmədikdən sonra Mərakeş yığmasında oynamaq qərarına gəlib.

İdman.Biz bu barədə jurnalist Fabrizio Romanoya istinadən məlumat verir.

İnsayderdən verilən məlumata görə, Buhaddi ABŞ, Kanada və Meksikada keçiriləcək turnir üçün Mərakeş millisinin yekun heyətinə daxil ediləcək.

Buhaddi Fransanı müxtəlif gənclər səviyyələrində təmsil edib. O, U21 komandasında 10 oyun keçirib və 1 qol vurub. Bu mövsüm yarımmüdafiəçi “Lill” üçün bütün yarışlarda 41 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Transfermarkt onun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
icma.az

1Mənbələr