AZ

Trampdan müharibə mesajı

Pekində dövlət səfərində olan ABŞ lideri Donald Tramp İrana qarşı hərbi əməliyyatın davam etdiriləcəyini bildirib.

Publika.az xəbər verir ki, o, özünə məxsus "Truth Social" sosial şəbəkəsində Yaxın Şərq böhranının perspektivləri barədə mülahizələrini bölüşüb.

Tramp qeyd edib ki, Çin sədri Si Cinpin onu ikinci prezidentlik müddəti ərzində əldə etdiyi uğurlar münasibətilə təbrik edib. Amerika lideri Venesuela üzərindəki hərbi qələbəni, bu ölkə ilə inkişaf edən münasibətləri və İranın hərbi cəhətdən məhv edilməsini həmin nailiyyətlər sırasına daxil edib, həmçinin bu prosesin davam edəcəyini əlavə edib.

Tramp mayın 13-də Çinə gəlib. Səfər çərçivəsində o, Si Cinpin ilə danışıqlar aparır. Görüşlərdə ikitərəfli ticarət-iqtisadi ziddiyyətlərin tənzimlənməsinə və qlobal gündəliyin əsas problemlərinə xüsusi diqqət yetirilir.

Seçilən
64
publika.az

1Mənbələr