Ermənistanın sabiq prezidenti Robert Köçəryan törətdiyi cinayətlərə görə həbs olunmalıdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir seçiciləri ilə görüşündə qanlı 1 Mart hadisəsi ilə bağlı danışarkən bildirib ki, bu məsələnin üstü bütün detalları ilə birlikdə 100 faiz açılıb: “Hüquq sistemimiz vasitəsilə Robert Köçəryan dəstənin rəhbəri kimi hüquqi məsuliyyətə cəlb olunmalıdır. Robert Köçəryan həbs edilməlidir”.
Paşinyanın sözlərinə görə, bu baş verməyincə, hakimiyyət heç kəsi Ermənistanda ədalətli məhkəmə sisteminin olduğuna inandıra bilməyəcək: “Mənə qarşı ən böyük və cavab verməsi çox çətin ittiham budur: insanlar Robert Köçəryanın niyə azadlıqda olduğunu soruşurlar”.
Baş nazir şəxsi məsələlərini həll etmək üçün hakimiyyətə gəldiyi təəssüratını yaradacaq şərhlərdən ehtiyat etdiyini və bununla yanaşı, onu şəxsən narahat edən mövzulardan mümkün qədər uzaq durmağa çalışdığını vurğulayıb: “İndi onların hansı şərhləri verəcəklərlərini bilmirəm, amma mən deyim: əziz insanlar, 1 Mart işi tamamilə gün işığına çıxıb. Bu iş artıq açıqdır, çünki oliqarx qruplarının necə formalaşmasından tutmuş hərbi geyimlərin necə paylanmasına qədər hər şey məhkəmələrdədir”.