Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İngiltərənin Dorset bölgəsində yaşayan ailələrdən birinin evində apardığı sadə təmir işləri tarixi kəşflə nəticələnib. Mətbəxin tavanını hündürləşdirmək qərarına gələn ailə üzvləri döşəmənin altından gözlənilməz xəzinə tapıblar.Demokrat.az xəbər verir ki, South Poorton Farm adlı fermada yaşayan Robert və Betti Fuks cütlüyü mətbəxin beton döşəməsini qazarkən təxminən yarım metr dərinlikdə saxsı qab aşkar ediblər. Qabın içərisindən İngiltərə Vətəndaş Müharibəsi dövrünə aid xeyli qədim sikkə çıxıb.Betti Fuks həmin anları belə xatırlayıb:“Yoldaşım qazarkən nəsə tapdığını qışqırdı. Tapdığımız bütün sikkələri vedrəyə doldurduq. Həmin anda onların nə qədər qiymətli olduğunu bilmirdik”.