AZ

Baş nazir Starmer təzyiqlərlər üz-üzə qalıb- Səhiyyə naziri istefa verib

BAKI, 15 may. TELEQRAF

Böyük Britaniyanın Baş naziri Kir Starmer hakimiyyətini qorumaq uğrunda ciddi siyasi mübarizə aparır.

Teleqraf xəbər verir ki, Leyboristlər Partiyasının yerli seçkilərdə uğursuz nəticələr əldə etməsindən sonra hökumətdə daxili narazılıq daha da güclənib.

Bildirilib ki, Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq istefa verərək Kir Starmeri siyasi istiqamətsizlikdə ittiham edib. O, məktubunda Starmerin növbəti parlament seçkilərinə partiyanı aparacaq lider olmadığını düşündüyünü qeyd edib.

Stritinq rəhbərlik uğrunda rəsmi yarış başlatmasa da, Baş nazirin potensial rəqiblərinin artıq mövqe tutmağa başladığı vurğulanır. Onlardan biri də Böyük Mançester meri Endi Börnem hesab olunur.

İstefa məktubunda Ues Stritinq bildirib ki, ölkəyə baxış və istiqamət lazımdır, lakin hazırkı rəhbərlik bunu təmin edə bilmir.

Kir Starmer isə cavab məktubunda istefadan təəssüfləndiyini qeyd edib və hakimiyyət uğrunda mübarizəni davam etdirəcəyini açıqlayıb.

Baş nazir qısa müddətdə tərəfdarlarından biri olan Ceyms Mürreyi səhiyyə naziri təyin edib.

Seçilən
44
teleqraf.com

1Mənbələr