AZ

Türkiyədə qasırğa oldu: xəsarət alanlar var

Türkiyənin Çorum vilayətinin Sunqurlu rayonunda qasırğa nəticəsində evlərə ziyan dəyib, 5 nəfər yaralanıb.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerinə xilasedicilər, təcili tibbi yardım, polis əməkdaşları cəlb olunub: 

"İlkin məlumata görə, bəzi evlərin dam örtüklərinin uçduğu, ağacların və elektrik dirəklərinin aşdığı müəyyən edilib",- məlumatda qeyd olunub.

Hazırda kəndlərdə dəyən ziyanın qiymətləndirilməsi və təmizlik işlərinə başlanılıb./unikal

Seçilən
7
8
musavat.com

9Mənbələr