AZ

“Məşqçi dedi ki, sən dördüncü hücumçusan” Mbappedən gündəm olan açıqlama

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Məşqçi dedi ki, sən dördüncü hücumçusan” – Mbappedən gündəm olan açıqlama

Madrid “Real”ının hücumçusu Kilian Mbappe İspaniya çempionatının 36-cı turunda “Oviedo” üzərində 2:0 hesablı qələbədən sonra diqqətçəkən açıqlama verib. Əsas heyətdə yer almayan Mbappe görüşün 69-cu dəqiqəsində meydana daxil olub və ikinci qolun ötürməsini edib.

QOL.az-ın xəbərinə görə, fransalı futbolçu matçdan sonra jurnalistlərə açıqlamasında start heyətində oynamağa hazır olduğunu, lakin baş məşqçi Alvaro Arbeloanın fərqli qərar verdiyini deyib:

“Mən Qonsalo, Mastantuono və Vinidən daha yaxşı olmaq üçün çalışmalıyam ki, oyun vaxtı qazanım. Start heyətində oynamağa hazır idim, amma məşqçi dedi ki, mən dördüncü hücumçuyam… Onun fikrinə hörmət etmək lazımdır”.

Madrid klubunun baş məşqçisi Alvaro Arbeloa isə futbolçusunun sözlərinə cavab verib: “Mənim dörd hücumçumun olmasını istərdim. Düşünürəm ki, o, məni düzgün başa düşməyib. Mən Mbappeyə dördüncü hücumçu olduğunu deməmişəm. Dörd gün əvvəl “El-Klasiko”nu buraxmışdı, hətta ehtiyat oyunçular skamyasında da yox idi. Buna görə də bu gün oyuna ehtiyatda başlaması tam məntiqli idi. Heç kimlə problemim yoxdur. Mən məşqçiyəm və kimin oynayacağına qərar verirəm”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
qol.az

2Mənbələr