ABŞ Prezidenti Donald Tramp deyir ki, Çin Amerika şirkətlərinə yüz milyardlarla dollar investisiya qoymaq niyyətindədir.
Musavat.com xəbər verir ki, o, bu versiyanı Pekindən Fox News-a verdiyi müsahibədə açıqlayıb. Çinin dövlət rəhbəri Si Cinpinin ABŞ-ın böyük şirkətlərinin rəhbərlərindən ibarət böyük bir nümayəndə heyəti ilə görüşünə münasibət bildirən Amerika lideri deyib ki, "bu insanlar sövdələşmələr bağlamaq və ABŞ-a iş yerləri qaytarmaq üçün gəliblər": "Çin bu gün həmin otaqda olan insanların biznesinə yüz milyardlarla dollar investisiya qoymaq niyyətindədir. Buna görə də gəliblər".
Qeyd edək ki, Tramp Çinə böyük ABŞ şirkətlərinin birinci şəxsləri ilə səfər edib.
Musavat.com