AZ

Ukrayna Kiyevə hücumun intiqamını belə aldı – VİDEO

Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın Ryazan vilayətinə hücumu nəticəsində 3 nəfər həlak olub, daha 12 nəfər yaralanıb. Yaralananlar arasında uşaqların da olduğu bildirilir.

Bizim.Media Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Ryazan vilayətinin qubernatoru Pavel Malkov məlumat verib.

Onun sözlərinə görə, zərərçəkənlərin hamısına оperativ şəkildə tibbi yardım göstərilib. Hücum nəticəsində iki çoxmənzilli yaşayış binasına ziyan dəyib.

PUA qalıqlarının sənaye müəssisələrindən birinin ərazisinə düşdüyü də qeyd olunub. Hazırda hadisə yerində dağıntıların aradan qaldırılması və zədələnmiş konstruksiyaların sökülməsi işləri davam etdirilir.

Yerli hakimiyyət orqanları sakinlərin təxliyəsini təşkil edib. Müvəqqəti yerləşdirmə məntəqələri yaradılıb, hadisə yerində operativ xidmət əməkdaşları fəaliyyət göstərir.

Xatırladaq ki, mayın 14-nə keçən gecə Rusiyanın Kiyevə hava hücumu nəticəsində üçü uşaq olmaqla 24 nəfər həlak olub.

Bizim.Media 

Seçilən
4
7
bizim.media

9Mənbələr