AZ

Azərbaycan təmsilçisi Avroviziyanın finalına çıxa bilmədi – Yenilənib


Azərbaycan təmsilçisi JIVA “Avroviziya 2026”nın final mərhələsinə adlaya bilməyib.
Yeniavaz.com
xəbər verir ki, ötən gecə baş tutan yarımfinal mərhələsində dinala bu ölkələrin təmsilçiləri çıxıb:
1. Bolqarıstan
2. Ukrayna
3. Norveç
4. Avstraliya
5. Rumıniya
6. Malta
7. Kipr
8. Albaniya
9. Danimarka
10. Çexiya


***23:59, 14 may
Azərbaycanı təmsil edən JIVA (Cəmilə Həşimova) “Avroviziya-2026”nın ikinci yarımfinalında çıxış edib.
Yeniavaz.com
xəbər verir ki, təmsilçimiz 2 nömrə altında səhnəyə çıxıb.
Qeyd edək ki, “Avroviziya-2026” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan iştirakçılar tamaşaçı səsverməsi nəticəsində müəyyənləşəcək.

***18:33
Azərbaycanı təmsil edən JIVA bu gün “Avroviziya-2026”nın ikinci yarımfinalında çıxış edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İctimai” Televiziya məlumat yayıb. 
Qeyd olunub ki, təmsilçimiz 2 nömrə altında səhnəyə çıxacaq.
“Səsvermə bütün iştirakçıların çıxışından sonra başlayacaq. Tamaşaçılar canlı şounu televiziya və ya “YouTube” vasitəsilə izləyə, səsvermə açıldıqdan sonra isə öz ölkələrində göstərilən SMS nömrələri və ya mümkün olduğu hallarda www.esc.vote platforması üzərindən Azərbaycana dəstək verə bilərlər.
Seçilən
30
1
yeniavaz.com

10Mənbələr