ABŞ prezidenti Donald Tramp və Çin rəhbəri Si Cinpin arasında keçirilən görüşdən sonra Vaşinqton Tayvanla bağlı mövqeyini dəyişməyib.
Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio NBC News-a verdiyi müsahibədə deyib: "ABŞ-ın Tayvanla bağlı siyasəti bu mərhələdə dəyişməz olaraq qalır. Bu, bir çox prezident administrasiyasında kifayət qədər ardıcıl olub və bu gün də dəyişməz olaraq qalır".
O qeyd edib ki, Çin bu məsələni danışıqlar zamanı qaldırıb, lakin bu, diqqət çəkməyib: "Biz həmişə mövqeyimizi aydın şəkildə bildiririk və digər mövzulara keçirik".
Rubio Tayvana qarşı artan Çin hərbi təzyiqini tənqid edib: "Bizim baxışımızdan, status-kvonun və oradakı vəziyyətin hər hansı bir zorakı dəyişməsi hər iki ölkə üçün pis olardı".
Musavat.com