AZ

Tramp: ABŞ İranın nüvə obyektlərinə yenidən zərbə endirə bilər...

Vaşinqton Tehranın uranı obyektlərdən çıxarmaq cəhdinə sərt cavab veriləcəyini bildirir...

Poliqon xəbər verir ki, bu barədə Fox News telekanalına müsahibəsində Donald Tramp açıqlama verib. ABŞ prezidenti bildirib ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı vəziyyəti daim nəzarətdə saxlayır və Tehran uranı gizli şəkildə başqa ərazilərə daşımağa çalışarsa, ABŞ yenidən hərbi zərbələr endirə bilər.

Donald Tramp qeyd edib ki, ABŞ İranın nüvə obyektlərini sutka ərzində müşahidə edir. Onun sözlərinə görə, əgər İran tərəfi uranı obyektlərdən çıxarmaq və ya başqa yerlərə köçürmək üçün hərbi qüvvə göndərərsə, Vaşinqton buna dərhal cavab verəcək.

“Onlara dedim ki, əgər ora qoşun göndərsələr və ya kiminsə bunu etməyə çalışdığını görsək, sadəcə ora bir neçə bomba atacağıq və məsələ bununla bitəcək”, deyə ABŞ prezidenti vurğulayıb.

Məlumata görə, ABŞ ilə İran arasında nüvə proqramı ətrafında gərginlik son illərdə daha da artıb. 2025-ci ilin iyun ayında ABŞ İranın Fordo Fuel Enrichment Plant, Isfahan Nuclear Technology Center və Natanz Nuclear Facility nüvə obyektlərinə zərbələr endirmişdi. Həmin əməliyyatlar Vaşinqtonun İranın nüvə silahı əldə etməsinin qarşısını almaq strategiyasının bir hissəsi kimi təqdim olunmuşdu.

2026-cı ilin fevralında isə ABŞ İran əleyhinə genişmiqyaslı hərbi əməliyyata başlamışdı. Daha sonra tərəflər arasında aparılan danışıqlar nəticəsində aprel ayında atəşkəs razılaşması əldə olunub. Razılaşmanın əsas şərtlərindən biri İranın nüvə silahı hazırlanması proqramından imtina etməsi olaraq qalır.

Bununla yanaşı, Tehran rəsmi olaraq nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını bəyan edir. ABŞ və Qərb ölkələri isə İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının gələcəkdə nüvə silahı istehsalına yönəldilə biləcəyindən narahat olduqlarını bildirirlər.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr