AZ

Qədim Misir svilizasiyasına aid firon geyimləri, eksponatlar və bəzi materiallar təqdim edilib

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi, Azərbaycan Memarlıq və İnşaat universitetinin Xarici dillər kafedrası tərəfindən Liderlik mövzusunda təşkil olunan açıq dərs üçün qədim Misir svilizasiyasına aid firon geyimləri, eksponatlar və bəzi materiallar təqdim edib.

Tədbir çərçivəsində tələbələr dünya tarixinin müxtəlif dövrlərindən olan lider şəxsiyyətləri seçərək onlar haqqında araşdırma aparıb və iştirakçılar qarşısında həmin obrazları canlandırıblar.

Tələbə Fidan Abdulla qədim Misir tarixində yaşamış Misir kraliçalarından biri haqqında yaradıcı təqdimatı ilə seçilib. O, həmin kraliçanı bacarıqlı siyasi lider və bir neçə dili mükəmməl bilən şəxsiyyət kimi təqdim edib.

Misirin mədəniyyət attaşesi Prof. Dr. Tarek Aboul Fotouh vurğulayıb ki, bu cür tədbirlər tələbələrin araşdırma, nitq və yaradıcılıq bacarıqlarının inkişafına, həmçinin onların özünəinamının və auditoriya qarşısında fikirlərini ifadə etmə qabiliyyətinin güclənməsinə kömək edir.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
icma.az

1Mənbələr