AZ

Qırmızı işıqda keçən sürücü avtomobillərin hərəkətinə mane oldu VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 90-TX-139 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü svetoforun siqnallarına baxmayaraq qırmızı işıqda yolayrıcına daxil olub və hərəkətinə davam edərək sola dönüb. Bu zaman yaşıl işıqda hərəkət edən avtomobillərin qarşısına çıxaraq onların hərəkətinə mane olub.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
avtosfer.az

1Mənbələr