AZ

"Fənərbaxça"nın istədiyi Salah qərarını verdi

"Liverpul"un əfsanəvi hücumçusu Məhəmməd Salahın "Enfild"dəki karyerası yekunlaşır. Metbuat.az xəbər verir ki, misirli ulduz cari mövsümün sonunda klubdan ayrılacağını artıq elan edib və klub rəhbərliyi ilə əldə olunan qarşılıqlı razılığa əsasən, müqaviləsinin bitməsinə bir il qalmış azad agent statusu ilə komandanı tərk edəcək.Məlumata görə, Səudiyyə Pro Liqası klubları, xüsusilə də 2023-cü ildə onun üçün 150 milyon funt-sterlinqlik rekord təklif irəli sürən "Əl-İttihad", ulduz futbolçunu transfer etmək üçün əsas namizədlər hesab olunur. "Əl-İttihad"ın futbolçu ilə razılığa gəldiyinə dair iddialar dərc edilib.

Qeyd edək ki, "Fənərbaxça"nın da futbolçuya üç illik cəlbedici müqavilə təklif etdiyi bildirilir.

Seçilən
20
metbuat.az

1Mənbələr