İran Futbol Federasiyasının prezidenti Mehdi Tac 2026-cı il dünya çempionatı öncəsi narahatlığını ifadə edib.
Publika.az xəbər verir ki, hazırda İran millisinin heç bir futbolçusuna ABŞ vizası verilməyib. Halbuki turnirin başlamasına az vaxt qalıb.
“Sabah və ya birisi gün FİFA ilə həlledici görüşümüz olacaq. Onlar bizə təminat verməlidirlər, çünki viza problemi hələ də həll olunmayıb”, – deyə Mehdi Tac bildirib.
Mayın 18-də İran millisinin futbolçuları viza proseduru çərçivəsində Ankarada barmaq izlərini təqdim edəcəklər. Apreldə Canni İnfantino təsdiqləmişdi ki, İran yığması turnirdə iştirak edəcək.