ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Azərbaycanda elmi fəaliyyətlə məşğul olan şəxslər üçün yeni stimullaşdırıcı addımlar atılır. 2024-cü ildən start verilən “Alimlərin maddi mükafatlandırılması layihəsi” 2026-cı ildə daha geniş miqyasda icra olunacaq.Demokrat.az xəbər verir ki, bu il layihənin qiymətləndirmə mexanizmi beynəlxalq “Clarivate” şirkəti və Əqli Mülkiyyət Agentliyi ilə birgə təkmilləşdirilib. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının təsdiqlədiyi yeni qaydalar tədqiqatçılar üçün daha əlçatan imkanlar yaradır.Yeni qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyindəki müəssisələrdə çalışan 500-ə yaxın tədqiqatçı hər ay 1000 manatadək mükafat alacaq. Bu, ötən illərlə müqayisədə ciddi artım deməkdir. Belə ki, layihənin ilk ilində 150, ötən il isə 300 alim bu dəstəkdən faydalana bilmişdi.Mükafatlandırma meyarlarında da mühüm yeniliklər var. Artıq təkcə nüfuzlu Q1 və Q2 kateqoriyalı deyil, həm də Q3 və Q4 kateqoriyalı jurnallarda dərc olunan elmi işlər nəzərə alınacaq. Eyni zamanda, elmin real sektora tətbiqini sürətləndirmək üçün patent və faydalı modellər üçün ilk dəfə bonus balların verilməsi qərara alınıb.Təkmilləşdirilmiş qaydaların tətbiqinə bu ilin may ayından başlanılır. Layihə alimlərin beynəlxalq bazalarda fəallığını artırmaqla yanaşı, elmi nəticələrin praktikada tətbiqinə kömək etməyi hədəfləyir.Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.