Rusiyanın mayın 14-də hava hücumu zamanı Kiyevin Darnitski rayonunda doqquzmərtəbəli yaşayış binasının dağıntıları nəticəsində onlarla adam ölüb və yaralanıb.
Ölkə.az xəbər verir ki, dağılan doqquzmərtəbəli yaşayış binasının yerində axtarış-xilasetmə əməliyyatı 28 saatdan çox davam edib. "Dağıntılar nəticəsində 3-ü uşaq olmaqla 24 nəfərin öldüyü təsdiqlənib. 48 nəfər yaralanıb", - Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatında deyilir.
Paytaxt meri Vitali Kliçko qurbanlarının xatirəsinə bu gün Kiyevdə matəm günü elan edib.
Mürtəza