AZ

Rusiyanın hücumu Kiyevdə onlarla ölü: Mətam elan olundu

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Rusiyanın mayın 14-də  hava hücumu zamanı Kiyevin Darnitski rayonunda doqquzmərtəbəli yaşayış binasının dağıntıları nəticəsində onlarla adam ölüb  və yaralanıb.

Ölkə.az  xəbər verir ki, dağılan doqquzmərtəbəli yaşayış binasının yerində axtarış-xilasetmə əməliyyatı 28 saatdan çox davam edib. "Dağıntılar nəticəsində 3-ü uşaq olmaqla 24 nəfərin öldüyü təsdiqlənib. 48 nəfər yaralanıb", - Dövlət Fövqəladə Hallar Xidmətinin  məlumatında deyilir.

Paytaxt meri Vitali Kliçko  qurbanlarının xatirəsinə bu gün  Kiyevdə matəm günü elan edib. 

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
olke.az

2Mənbələr