AZ

DÇ 2026: Biletlərin qiyməti Amerika əyləncə bazarına uyğundur İnfantino

ain.az, Fanat portalına istinadən məlumat verir.

FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının bilet qiymətlərinin yüksək olması ilə bağlı tənqidlərə münasibət bildirib.

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, FİFA rəhbəri qiymətlərin əsaslı olduğunu, idman və əyləncə sənayesinin çox yüksək səviyyədə kommersiyalaşdığı Amerika bazarının reallıqlarına uyğun olduğunu bildirib:

"ABŞ-da hətta kollec idman oyunlarına getmək belə 300 dollardan çox ola bilər. Ona görə də mundial oyunlarının qiymətləri qeyri-adi deyil. Təkrar satış ilə bağlı vəziyyətə gəlincə, kimsə finala biletləri 2 milyon dollara yenidən satışa çıxarırsa, birincisi, bu, biletlərin həqiqətən 2 milyon dollar dəyərində olduğu anlamına gəlmir, ikincisi, bu, heç kimin onları alacağı anlamına gəlmir".

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində üç ölkədə - Meksika, ABŞ və Kanadada keçiriləcək.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
fanat.az

2Mənbələr